Azərbaycanın ən yaşlı sakinləri - 3 əsr yaşayan qadın (VİDEO+FOTOLAR)
AzVision.az-ın araşdırması zamanı məlum olub ki, 3 əsr yaşayan azərbaycanlının hal-hazırda 120 yaşı var.
Xanməmmədova Süsənbər 1897-ci ildə Qubadlı rayonunun Həkərli kəndində anadan olub. Onun Sumqayıt şəhərində yaşadığı bildirilir.
Azərbaycanın ən yaşlı sakinlərindən birinin isə 107 yaşı var. 1910-cu il təvəllüdlü Quliyeva Simuzər Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub.
106 yaşlı Qubadlı rayonunun Muğanlı kənd sakini Abuşova Püstə isə 1911-ci ildə dünyaya gəlib.
1917-ci il təvəllüdlü Qubadlı rayonu Çaytumas kənd sakini Yusifova Sayadın isə 100 yaşı var.
Maraqlıdır ki, Azərbaycanın ən yaşlı sakinlərinin böyük əksəriyyəti Lerik və Qubadlı rayonlarında anadan olub.
Ölkənin ən yaşlı sakinlərindən olan Vəsmə Abbasova Lənkəranın Gərmətük qəsəbəsinin sakinidir. Tam dəqiqləşdirilmiş məlumata əsasən, ağbirçəyin 104 yaşı var. Ulu nənənin 7 övladı, 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var.
Aytən Zəhra
AzVision.az
Teqlər: #Azərbaycan #Uzunömürlük #Araşdırma