Peterburqdakı terrorda 10 nəfər ölüb, 20 nəfər yaralanıb - Rəsmi (Yenilənib)

Peterburqdakı terrorda 10 nəfər ölüb, 20 nəfər yaralanıb - Rəsmi (Yenilənib)
  03 Aprel 2017    Oxunub:14521
Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölən və yaralıların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko bildirib ki, metroda partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Eyni zamanda Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburqun "Ploşşad Voostaniya" metro stansiyasında partlayıcı qurğunun tapıldığını təsdiqləyib. Partlayıcı qurğu MAK əməkdaşları tərəfindən zərərsizləşdirilib.

AzVision.az


**

Rusiyanın Sankt – Peterburq şəhərində metroda törədilən partlayışlar nəticəsində 10 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Partlayışın terror aktı olduğu istisna olunmur.

Partlayışlar "Sennaya meydanı" və "Texnologiya İnstitutu" stansiyalarında baş verib. Hazırda insanlar stansiyalardan təxliyə edilir, stansiyalarda tüstülənmə müşahidə olunur.

Bütün xətt üzrə qatarların hərəkəti dayandırılıb. Hər iki stansiyada sərnişinlər təxliyə olunur. Hadisə yerində təhqiqat qrupu fəaliyyət göstərir. Cinayət işi açılıb. Partlayışın terror aktı olduğu bildirilir.

Hazırda metropolitenin mavi xəttində 7 stansiya bağlanıb.Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.

AzVision.az



***
(16:07)

Rusiyanın Sankt-Peterburq şəhərində metro vaqonunda partlayış baş verib.

AzVision.az "Life.ru" portalına istinadən xəbər verir ki, partlayış "Sennaya Ploşad" stansiyasında meydana gəlib.

Hadisə şahidlərin sözlərinə görə, xəsarət alanlar var. Əhalinin təxliyyəsi prosesi başlayıb.






İlkin məlumatlara görə, metro vaqonunun içərisində naməlum əşya partlayıb.

Eldar Tanrıverdiyev



Teqlər: Sankt-Peterburq   terror  





Xəbər lenti