Konqresmen: “Azərbaycan bir modeldir”

Konqresmen: “Azərbaycan bir  modeldir”
  28 Fevral 2013    Oxunub:1502
ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü konqresmen Henri Kuellar Azərbaycanla bağlı bəyanatla çıxış edib.
Konqresmen bu yaxınlarda Azərbaycana səfər etdiyini qeyd edərək çox təhlükəli bölgədə yerləşən Azərbaycanın ABŞ-ın dostu olduğunu bildirib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Məlumata görə, konqresmen Kuellar Azərbaycanın zəngin dövlətçilik ənənələrinə malik olduğunu, müxtəlif dinlərə və etnik qruplara cəmiyyətdə hörmətlə yanaşıldığını, qadınlara seçki hüququnun bir sıra ölkələrdən daha tez verildiyini və hal-hazırda qadınların cəmiyyətdə fəal mövqe tutduğunu bildirib. O, Azərbaycanın digər inkişaf etməkdə olan dövlətlər üçün model təşkil etdiyini bəyan edib.

Konqresmen təmsil etdiyi Texas ştatı kimi Azərbaycanın zəngin neft ölkəsi olduğunu bildirib və Qərbi Xəzər dənizinin nefti ilə təmin etdiyini, Türkiyə, İsrail və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini xüsusi qeyd edib. O, Azərbaycanın neftdən gəlirlərindən istifadə edərək, ciddi infrastruktur layihələrini həyata keçirdiyini və gəncləri təhsil almaq üçün xarici universitetlərə göndərməsini təqdir edib.

Konqresmen H. Kuellar bəyanatında öz həmkarlarını Azərbaycan və onun iqtisadiyyatı barədə öyrənməyə çağırıb.




Teqlər:  





Xəbər lenti