Berluskoniyə kloun dedi,naharsız qaldı

Berluskoniyə kloun dedi,naharsız qaldı
  28 Fevral 2013    Oxunub:1988
Almaniya kansleri postuna əsas namizədlərdən biri Piyer Ştaynbryuk İtaliyadakı seçkilərin nəticələrini şərh edərkən olduqca kobud ifadələrdən istifadə edib.
Ştaynburk bildirib ki, İtaliyadakı parlament seçkilərində “iki klounun qalib gəlməsindən” heyrətlənib. “İki kloun” dedikdə almaniyalı siyasətçi “Beş ulduz” partiyasının lideri, keçmiş komik Beppe Qrillo və sağçı lider Silvio Berluskonini nəzərdə tutub.

Bu açıqlama Ştaynbryuka baha başa gəlib. Belə ki, Almaniyada rəsmi səfərdə olan İtaliya prezidenti Corco Napolitano məhz bu sözlərə görə, Almaniya kansleri postuna namizədlə görüşdən imtina edib.

Berluskoni istər Almaniya, istərsə dünya mediasında kifayət qədər tənqid olunan simalardan olsa da almaniyalı siyasətçilərin siyasi etikaya riayət etməsi olduqca həssas məsələdir. Bir çox blogger və Twitter istifadəçisi Ştaynbryukun avropalı tərəfdaşların daxili işlərinə qarışmaqla əsl kloun vəziyyətinə düşdüyünü yazıb.



Teqlər:  





Xəbər lenti