Səfirliyimiz erməni aksiyasını belə qarşılayıb

Səfirliyimiz erməni aksiyasını belə qarşılayıb
  27 Fevral 2013    Oxunub:1653
Varşava şəhərində 25-30 nəfər erməni Sumqayıt hadisələri ilə bağlı “ictimai yığıncaq” keçirmək məqsədilə Ermənistan bayraqları və şüarlarla Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstəriblər.
Səfirlikdən verilən məlumata görə, fevralın 25-də Polşanın müvafiq qurumları tərəfindən Polşa ermənilərinin yığıncaq keçirmək planları ilə bağlı məlumat verildiyindən səfirlik tərəfindənermənilərin yığıncağına qarşı önləyici tədbirlər görülüb. Ermənilər əraziyə gəldikləri zaman səfirlik binasında erməni vəhşiliyi və Xocalı faciəsinin acı nəticələrini əks etdirən məlumat əks olunmuş çoxsaylı iri həcmli plakatlarla rastlaşıblar.

Bundan əlavə ermənilərin keçirdikləri yığıncağa cavab olaraq Polşada yaşayan soydaşlarımız, Varşavada təhsil alan azərbaycanlı və polyak tələbələr həmçinin, səfirlik əməkdaşları əllərində Azərbaycan bayraqları tutaraq səfirlik qarşısında toplaşıblar.

Səfirliyə verilən məlumatda 50-80 nəfər erməninin yarım saatlıq toplaşacağı bildirilsə də, əraziyə cəmi 25-30 nəfər erməni 15 dəqiqəlik toplaşıb. Daha sonra nümayişçilər Azərbaycan Respublikasının Səfirinə petisiya təqdim ediblər.

Səfirlik qarşısına toplaşan ermənilər Rəşid Behbudovun “Azərbaycan” mahnısı ilə qarşılanıblar. Petisiyanı Üzeyir Hacıbəyovun “Koroğlu” üvertyurası və Cəngi havasının sədaları altında oxumağa məcbur olublar.


Teqlər:  





Xəbər lenti