“Obamanın saçlarını qızları ağardıb”

“Obamanın saçlarını qızları ağardıb”
  27 Fevral 2013    Oxunub:2038
Mişel Obama saçları ağaran həyat yoldaşının belə qocalmasının səbəbinin ölkə problemləri deyil, qızları olduğunu etiraf edib.
Amerikanın birinci xanımı Mişel Obama Ağ Evə gəldiyi gündən bəri sürətlə qocalan Barak Obamanın saçları ağarmasının səbəbinin ölkə problemləri deyil, yetkinlik yaşına çatan qızları olduğunu etiraf edib.

Xərçəng xəstəliyi ilə mübarizə aparan məşhur teleaparıcı Robin Robertsin “Günaydın Amerika” proqramına qatılan xanım Obama, “Deyəsən, silah qanunu, vətəndaşlıq layihəsi və büdcə kəsirləri prezident Obamanın saçlarını ağardıb” sualına “Onun saçlarını iş deyil, qızları ağardıb” deyib.

Xanım Obama “Barak Malianın bir ziyafətə gedərkən geyindiyi paltarı görəndə özündən çıxır. Malia da atasını tanımırmış kimi geyinir, atası da hirsli-hirsli “bu qız kimdir ?” deyə soruşur. Qızlarının yaratdığı gərginlik Barakın saçlarını ağardıb” , -deyə birinci xanım bildirib.

Ağ Evə gələndə 7 yaşında olan Saşanın indi 11, o vaxt 10 yaşında olan Malianın isə artıq 14 yaşı var.



Teqlər:  





Xəbər lenti