Ermənistan vəziyyəti olduqca kəskinləşdirə bilər

"Ermənistan bu zorakı mövqeyindən əl çəkməlidir. Çikaqo Konvensiyasına uyğun olaraq, bir ölkə digər ölkənin hüdudlarını icazəsiz keçə bilməz, icazəsiz keçdiyi halda da tədbir görüləcək", - Sabiroğlu bildirib.
O qeyd edib ki, qanunsuz uçuş cəhdi Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə həll edilməsinə böyük maneçilik törətmiş olacaq.
Eyni zamanda, E. Sabiroğlu Trend-ə bildirib ki, Ermənistan öz hərəkətlərinə düzəliş etməsə və belə bir işə yol versə, əlbəttə ki, Azərbaycan öz mövqeyində qalır və bu qeyri-qanuni uçuşlarla Ermənistan regionda vəziyyəti olduqca kəskinləşdirə bilər:
"Ona görə də, yaxşı olar ki, onlar bu niyyətlərindən əl çəksinlər. Beynəlxalq təşkilatlar da, digər ölkələrin parlament üzvləri də bu məsələyə öz mənfi münasibətini bildiriblər".