Fransaya nota verildi

Fransaya nota verildi
  27 Fevral 2013    Oxunub:1887
Azərbaycanın Fransadakı səfirliyi Azərbaycan diaspor üzvlərinin döyülməsi faktı ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
Səfirlikdən verilən məlumata görə, daha bir nota Fransa Milli Assambleyasına təqdim olunacaq.

“Bu, ciddi cinayətdir. İstəyirik ki, Fransa parlamentinin üzvləri baş verən hadisəyə qiymət versinlər” – deyə səfirlikdən bildiriblər.
Səfirlikdən əlavə ediblər ki, hazırda hüquq-mühafizə orqanları bu cinayətin təhqiqatı ilə məşğul olsun deyə zərərçəkənlər tibbi ekspertizadan keçirilir.

Xatırladaq ki, dünən Fransa Milli Assambleyasının binasında ermənipərəst parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovu vəhşicəsinə döyüblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb, onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.




Teqlər:





Xəbər lenti