Bakıda bina yanıb - Yenilənib

Bakıda bina yanıb - Yenilənib
  02 Fevral 2017    Oxunub:1898
Bu gün Bakı şəhəri, Xətai rayonunda hər mərtəbəsi 500 m² olan ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının arakəsmə divarı 7 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı 20 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin tavanı 6 m² sahədə və binanın dam örtüyünün yanar konstruksiyaları 500 m² sahədə yanıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib.Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğın saat 07:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.​

***
(09:06)

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülmə işləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti