“Fransa qanunlarına uyğun cəzalandırılacaqlar”

“Fransa qanunlarına uyğun cəzalandırılacaqlar”
  27 Fevral 2013    Oxunub:1438
“Belə təşəbbüslər Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əngəlləyə və Azərbaycanın haqq işi uğrunda mübarizədən çəkindirə bilməz”
Diasporla İş üzrə Dövlət Komitəsi Fransada Azərbaycan diasporu üzvlərinin ermənilər və fransız deputat tərəfindən vəhşicəsinə döyülməsi barədə məlumat yayıb. Komitənin mətbuat xidməti məlumatında bütün bunların erməni lobbisi və diasporunun Azərbaycan diaspor təşkilatlarının fəallaşmasından ciddi narahatlıq keçirdiyini bir daha təsdiqləyir:“Dünən Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb. Dövlət Komitəsinə daxil olmuş məlumatların təhlili göstərir ki, bu cür insidentlərin gələcəkdə də baş verməsi mümkündür. Lakin belə təşəbbüslər Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əngəlləyə və Azərbaycanın haqq işi uğrunda mübarizədən çəkindirə bilməz. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və digər müvafiq dövlət orqanları ilə birlikdə məsələni araşdırır və günahkarların Fransa qanunlarına uyğun şəkildə cəzalandırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə çalışır”.

Qedy edək ki, dünən Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.


Teqlər:  





Xəbər lenti