Serbiya prezidenti Tomislav Nikoliç bu gün postsovet ölkələri prezidentlərinin “Serbiya Respublikası Ordeni ilə” təltif edilməsi barədə fərman imzalayıb.
Serbiya prezidentinin rəsmi saytına əsasən, Serbiya ilə MDB və Gürcüstan arasında sülh və dostluq əlaqələrin möhkəmlənməsi və inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə Rusiya prezidenti Vladimir Putin birinci dərəcəli “Serbiya Respublikası Ordeni” ilə, Azərbaycan prezidenti İlham Əliyev isə ikinci dərəcəli “Serbiya Respublikası Ordeni” ilə təltif edilib. Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna prezidentləri də eyni mükafatla təltif olunublar.