Ağstafada yanğın olub

Ağstafada yanğın olub
  04 Noyabr 2016    Oxunub:1227
Ağstafa rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti