Yolu təmir edən `Kamaz` aşdı - Video

Yolu təmir edən `Kamaz` aşdı - Video
  26 Oktyabr 2016    Oxunub:2018
Cəlilabadda Mişarçayın məcrasından çıxması ilə bir sıra iaşə obyektlər su altında qalıb.
Həmçinin suyun axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan iri yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib. Bu da hər gün bu yolla hərəkət edən sakinləri narahat edir. Kənd sakini: “Bura körpü əlavə etsəydilər, belə olmazdı. Mənim oğlum səhər məktəbə neçə getsin? Mənim də imkanım yoxdur apara bilmirəm”.

Kənd sakini: “Uşağım evdədir. Məktəbə gedə bilmir. Mən bilmirəm uşaqları hardan yola salım”. ARB Cənub xəbər verir ki, hazırda ərazidə selin qarşısını almaq məqsədi ilə texnikalar vasitəsilə qabaqlayıcı tədbirlər görülür. Bundan başqa yağış suları Cəlilabad- Cəngan avtomobil yolunun Soltankənd hisssəsində torpaq sürüşməsinə səbəb olub.

Rayon Fövqaladə Hallar komissiyasından ARB-yə verilən məlumata görə, avtomobil yolunun sözügedən hissəsində yolun bərpası üçün əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb edilib. Əraziyə iri daş parçalarının tökülməsinə başlanılsada bu gün səhərdən yağmağa başlayan qar texnikanın hərəkətində məhdudiyyət yaradıb. Həmçinin yolun Fərəcullalı kəndi istiqamətində də sel sularının torpaq qatını yuması səbəbindən yolun bu hissəsində də torpaq sürüşməsi ehtimalını gündəmə gətirib.

Kənd sakini: “Yol idarəsindən gəldilər və bir hissəsini düzəltdilər ki, maşınlar keçsin. Bu axşam da mən rayondan kəlib bu hissədən keçəndə artıq çətinliklə keçirdik”. Qar artıq yüksək yerlərdə işləyən texnikanın da sürüşməsinə səbəb olub.

Belə ki, ərazidə bərpa işləri aparan 46 saylı yol təmir idarəsinə məxsus yük dolu Kamaz sürüşmə cəbəbindən yoldan çıxaraq aşıb. Hazırda qisməndə olsa yolda hərəkət bərpa edilib. 46 saylı Yol təmir idarəsinin rəisi Vahid Muradovun verdiyi məlumata görə əlverişsiz hava şəraitinə baxmayaraq çiyinlərdə bərkitmə işləri davam edəcək və nəqilyatın hərəkəti axşam saatlarına kimi tam bərpa ediləcək.

Qeyd edək ki, yeni çəkilən Cəlilabad Cəngan avtomobil yolu 23 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən yeganə yoldur.



AzVision.az


Teqlər:  





Xəbər lenti