Piyadanı vuran həbs olundu

Piyadanı vuran həbs olundu
  25 Fevral 2013    Oxunub:1825
Paytaxtın Xətai rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb olunub.
Baş Prokurorluğunun mətbuat xidmətindən prokuror Çingiz Əli-zadənin AzVision.az-a verdiyi məlumata görə, fevralın 24-də saat 20:50 radələrində Metropolitenin «Həzi Aslanov» stansiyası yaxınlığında naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada 1954-cü il təvəllüdlü Əliyev Ruslan Hüseyn oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yol nəqliyyat hadisəsinin «Ford Tranzit» markalı «90-XX-672» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Bakerov Vaqif Anatolyeviç tərəfindən törədilməsi müəyyən edilib.

Cinayətin törədilməsində şübhəli bilinən V.Bakerov tutularaq istintaqa cəlb olunub.



Teqlər:





Xəbər lenti