“Barselona” və “Qalatasaray” çətinə düşdü - VİDEO

“Barselona” və  “Qalatasaray” çətinə düşdü - VİDEO
  21 Fevral 2013    Oxunub:2164
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Son oyun günündə bütün diqqətlər Milana yönəlib. Burada eyniadlı komanda ÇL-in favoriti olan “Barselona”nı qəbul edib. Əksər proqnozların əksinə olaraq, "Milan" bu görüşdə Kataloniya təmsilçisi 2:0 hesabı ilə məğlub edib. Bununla da, "Barsa"nın növbəti mərhələyə keçməsi çətinləşib. Tito Vilanovanın komandasına istəyinə çatması üçün cavab görüşündə ən azı üç top fərqlə qalib gəlməsi lazımdır.
Azərbaycanlı azarkeşlər üçün İstanbulda baş tutan “Qalatasaray” – “Şalke” qarşılaşması da az maraq doğurmurmu. Görüşdə hesabı İstanbul kluba açsa da, Fatih Terimin komandası üstünlüyü qoruya bilməyib - 1:1. Bu cütlüyün taleyinə Almaniyadakı cavab görüşündə aydınlıq gələcək.

20 fevral

23.45. “Milan” (İtaliya) – “Barselona” (İspaniya) - 2:0
Qol: Boatenq, 58 (1:0), Muntari, 81 (2:0)

23.45. “Qalatasaray” (Türkiyə) – “Şalke” - 1:1
Qollar: Burak Yılmaz, 13 (1:0), Cons, 45 (1:1)






Teqlər:  





Xəbər lenti