TQDK-dan bakalavrlara şad xəbər: ballar aşağı endirilib

TQDK-dan bakalavrlara şad xəbər: ballar aşağı endirilib
  27 İyun 2013    Oxunub:1319
Müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının )TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilib. Bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilib. Ümumi balına qoyulan tələblər isə dəyişməyib.

Qeyd edək ki, bu il Azərbaycanda magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb. Magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.


Teqlər:  





Xəbər lenti