Olimpiya qızılından imtina etdi

Olimpiya qızılından imtina etdi
  20 Fevral 2013    Oxunub:2056
Olimpiya çempionu Beynəlxalq Olimpiya Komitəsinin güləşlə bağlı qərarına etiraz əlaməti olaraq titul və medallarından imtina edib.

Sərbəst güləş üzrə 1992-cı il Barselona Olimpiya oyunlarının bürünc, 1996-ci Atlanta olimpiadasının qızıl mükafatçısı, yeddi qat dünya, səkkiz qat qitə çempionu, Bolqarıstan Güləş Federasiyasının sədri Valentin Yordanov olimpiya medallarından imtina etmək qərarına gəlib. Yordanov Beynəlxalq Olimpiya Komitəsinə ünvanladığı məktubda komitənin güləşi olimpiya proqramından çıxarmaq qərarına kəskin etirazını bildirib.

“Mən bu barədə BOK-a rəsmi məktub göndərmişəm. Bu jestimlə quruma çatdırmaq istəyirəm ki, güləşin Olimpiya Oyunlarından çıxarılmasına heç bir halda yol vermək olmaz. Güləş bir çox dövlətlər üçün aparıcı idman növü sayılır. BOK öz qərarı ilə idmanın ənənəsini və tarixini məhv edir”, -deyə Yordanov bildirib.

Qeyd edək ki, Yordanov Atlanta Yay Olimpiya oyunlarının final mərhələsində həmyerlimiz Namiq Abdullayevə qalib gələrək qızıl medala sahib olub.



Teqlər:  





Xəbər lenti