Berluskoni: “Messini dayandırmalıyıq”

“Biz Messini dayandırmalıyıq. Mənə elə gəlir ki, Messini zərərsizləşdirmək üçün ayrıca bir oyunçu təyin etməliyik. Mario Balotelliyə gəlincə isə, onu Passini və ya Robinya əvəzləyəcək”, -deyə Berluskoni “Marca”ya açıqlamasında deyib.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Milan” və “Barselona” arasında ilk qarşılaşma fevralın 20-də, “San-Siro” stadionunda baş tutacaq.