“İranla razılıq İsrail üçün təhdidir” – Netanyahunun qorxusu

“İranla razılıq İsrail üçün təhdidir” – Netanyahunun qorxusu
  03 Aprel 2015    Oxunub:2061
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət “5+1” ölkələri ilə İran arasındakı müzakirələrdə ötən gün əldə olunan tarixi razılıq İsraili narahat edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə telefon söhbətində bu razılaşmanı ölkəsi üçün təhdid kimi qiymətləndirib:

“Bu razılıq İsrailin varlığı üçün böyük təhlükədir və dəhşətli müharibə başlamasına rəvac verə bilər. Bu, İranın nüvə silahına gedən yolunu açır”.

İsrail Baş Nazirliyinin rəsmi “Tvitter” səhifəsində isə İranın hücum planını əks etdirən xəritə yayımlanıb.



Ağ Evin adı çəkilən razılıqla bağlı rəsmi açıqlamasında isə bildirilir ki, prezident Barak Obama bu anlaşmanın İranla bağlı narahatlığı hələ də aradan qaldırmadığını deyib:

“Obama razılaşmanın İranın nüvə silahına gedən yolunu tamamilə bağlayan və məsələnin daimi həllinə şərait yaradan mühüm irəliləyişdir. Amma bu, İranın İsrailə qarşı təhdidlərindən doğan narahatlığı aradan qaldırmır”.

Qeyd edək ki, İsveçrənin Lozanna şəhərində bir neçə gündür “5+1” ölkələri ilə İran arasında davam edən danışıqlarda ötən gün tarixi razılıq əldə olunub. Belə ki, ilkin razılığa görə İran uranın zənginləşdirilməsini dayandıracaq və əvəzində isə Qərbin tətbiq etdiyi sanskiyalar aradan qaldırılacaq. Tərəflər arasında iyunda müqavilə bağlanacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti