Gəmidə ölənlərin ailələrinə 1 milyon pul veriləcək

Gəmidə ölənlərin ailələrinə 1 milyon pul veriləcək
  03 Aprel 2015    Oxunub:1574
Saxalin rəhbərliyi vilayətin ehtiyat fondundan Oxot dənizində batan "Dalni Vostok" gəmisinin həlak olan heyət üzvlərinin ailələrinə 1 milyon rubl, faciə nəticəsində sağ qalan dənizçilərin ailələrinə isə 200 min rubl vəsait ödəyəcək.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə cümə günü region hökumətinin nümayəndəsi Aleksey Bayandin məlumat verib.

"Həlak olanların ailələrinə 1 milyon rubl, zərərçəkənlərin ailələrinə isə 200 min rubl ödəniləcək. Vəsait vilayətin ehtiyat fondundan ayrılacaq", — deyə o bildirib.

Xatırladaq ki, "Dalni Vostok" balıqçı gəmisinin heyət üzvləri siyahısında 7 azərbaycanlının da adı var. Onlardan 4 nəfəri xilas edilib.


Teqlər:





Xəbər lenti