Əsəd Putindən silah aldığını etiraf etdi

Əsəd Putindən silah aldığını etiraf etdi
  31 Mart 2015    Oxunub:2419
Suriya prezidenti Bəşər Əsəd Rusiyanın onlara silah satdığını etiraf edib.
AzVision.az xəbər verir ki, Əsəd bu barədə “Rosiskaya” qəzetinə müsahibəsində bildirib.

“Suriyada Rusiya ilə 2011-ci ildə böhran başlamazdan əvvəl əldə olunmuş razılıqlar qüvvəsində qalıb. Böhran başlayandan sonra silah satışı və birgə əməkdaşlıqla bağlı imzlanamış anlaşmalar var və hələ də o anlaşmalar qalır”.

B.Əsəd Rusiyanın təmin etdiyi silahlarla bağlı ətraflı məlumat verməyib.

Rəsmi Moskva isə Dəməşqə silah satışı barədə razılığa vətəndaş müharibəsi başlamazdan əvvəl gəlindiyini deyib.

Qeyd edək ki, Suriyada artıq 5 ildir ki, davam edən vətəndaş müharibəsi zamanı 220 min nəfər həlak olub, milyonlarla insan isə didərgin düşüb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti