Ermənilər Azərbaycanla sərhəddə sığınacaq tikir

Ermənilər Azərbaycanla sərhəddə sığınacaq tikir
  25 Mart 2015    Oxunub:2133
“İşçi qrup Ermənistan-Azərbaycan sərhəddindəki mülki sığınacaqların hazırkı vəziyyətini öyrənməklə məşğuldur”.
AzVision.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin bu gün keçirilən iclasındakı çıxışında bu ölkənin müdafiə naziri Seyran Ohanyan deyib.

Erməni nazir bildirib ki, işçi qrup ilk növbədə 26 sərhədyanı yaşayış məskənindəki oxşar obyektlərin vəziyyətini yoxlayır. Həmin yaşayış məntəqələrinin 21-i Tavuş vilayətindədir.

“Bütün respublika üzrə şəhər və vilayət əhəmiyyətli bu cür qurğuların vəziyyəti öyrənilir. İşçi qrup artıq bəzi təkliflərini də hazırlayaraq baş nazirə təqdim edib” - deyə S.Ohanyan bildirib.

Nazir əlavə edib ki, Tavuş vilayətində artıq bir neçə nümunəvi sığınacaq yaradılıb: “Bu işlər hissə-hissə davam etdiriləcək. Həm iri mülki sığınacaqlar, həm də kənd evlərinin yaxınlığında fərdi sığınacaqlar yaradılacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti