Prezident altıncı dan aldı

Prezident altıncı dan aldı
  25 Mart 2015    Oxunub:1975
Çeçenistanın rəhbəri Ramzan Kadırov idman sahəsində daha bir uğur qazanıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Kadırov öz İnstagram səhifəsində xəbər paylaşıb. O, Avropa taekvando federasiyasının altıncı dan dərəcəsinə layiq görülüb.

Bu barədə diplom və müvafiq atributu ona Rusiya taekvando federasiyasının prezidenti Anatoli Terexov və Avropa taekvando federasiyasının rəhbəri Sakis Praqalos təqdim edib. Təqdimetmə mərasimi Moskvada, "Olimpiyski" idman kompleksində baş tutub.

Kadırov taekvando üzrə Avropa çempionatının Çeçenistanda keçiriləcəyini də elan edib.

"Bu barədə Terexov və Praqalos deyib. Onların sözlərinə görə, Çeçenistanda bunun üçün yaxşı şərait və beynəlxalq yarışların keçirilməsi sahəsində böyük təcrübə var".

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti