`Qəzada sağ qalan yoxdur`- Fransa prezidenti

`Qəzada sağ qalan yoxdur`- Fransa prezidenti
  25 Mart 2015    Oxunub:1517
`Çox güman ki, Fransanın cənubunda A 320 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur`
Bunu Fransa Prezidenti Fransua Olland deyib.

Onun sözlərinə əsasən, qalıqların vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb: "Təyyarə dağlıq əraizdə qəzaya uğrayıb".

Təyyarə qəzaya uğramazdan əvvəl fəlakət siqnalı ötürüb.

Qeyd edək ki, Fransanın cənubunda qəzaya uğramış təyyarənin göyərtəsində 142 sərnişin və 6 ekipaj üzvü olub. İnsident Yuxarı Provansın Alp departamentində baş verib.

Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa istiqamət almışdı. (Trend)


Teqlər:  





Xəbər lenti