Qəzaya düşən təyyarənin “qara qutu”su tapıldı

Qəzaya düşən təyyarənin “qara qutu”su tapıldı
  25 Mart 2015    Oxunub:2145
Fransanın cənubunda «Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” aşkarlanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə France Info radiostansiyasına hadisənin baş verdiyi Yuxarı Provans departamentini Fransa parlamentdə təmsil edən Kristof Kastane bildirib.

Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi bu gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya çırpılıb. Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.




Teqlər:  





Xəbər lenti