Aleksis Çipras Angela Merkellə görüşdü

Aleksis Çipras Angela Merkellə görüşdü
  24 Mart 2015    Oxunub:1305
Yunanıstanın baş naziri Aleksis Çipras almaniyalı həkmarı Angela Merkellə görüşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün əsas müzakirə mövzusu Yunanıstandakı iqtisadi böhran olub. Müzakirə zamanı Angela Merkel islahatlar keçirilməsi ilə bağlı təklifini yenidən səsləndirib:

“Yunanıstan iqtisadiyyatının inkişafı islahatlarla reallaşa bilər”.

A.Çipras Almaniyaya maliyyə yardımı istəmək üçün gəlmədiyini vurğulayıb:

“Mənim iqtisadi və maddi dəstək istəmək üçün Almaniyaya gəldiyim deyilir. Səfərimin məqsədi bu deyil. Gəlişimin məqsədi birlikdə müzakirələr etmək, ortaq və fərqli fikirlərimizin nələr olduğunu bölüşməkdir. Düşünürəm ki, müzakirələrimizin bəhrəsi ola bilər və iki ölkə arasında yeni münasibətlər formalaşar”.

Hökumət rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında isə İkinci Dünya müharibəsi ilə bağlı Yunanıstanın Almaniyadan təzminat tələbi də gündəmə gəlib.
Buna cavabında isə A.Merkel təzminat mövzusunun Alman hökuməti üçün həm siyasi, həm də qanuni olaraq bağlandığını deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti