Tiflisdən Moskvaya sərt mesaj

Tiflisdən Moskvaya sərt mesaj
  24 Mart 2015    Oxunub:2048
Rusiya ilə Cənubi Osetiyanın Sxinvali regionunun de-fakto hakimiyyəti arasında müttəfiqlik və inteqrasiya haqqında imzalanmış müqavilə Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü pozur.
AzVision.az-ın məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri David Kereselidze bildirib.

O keçirdiyi brifinqdə deyib ki, bu müqavilənin imzalanması ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş addımdır və Abxaziya regionu kimi, Sxinvali regionunun da faktiki işğalı və zəbt edilməsidir.

XİN rəhbəri beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının belə hərəkətlərinə lazımi qaydada reaksiya verməyə çağırıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti