Bakının mərkəzi küçəsi bağlıdır

Bakının mərkəzi küçəsi bağlıdır
  24 Mart 2015    Oxunub:1113
Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində təmir işləri davam etdirilir.
"Azəryolservis" ASC-dən AzVision.az-a bildiriblər ki, artıq yeni dönmə əməliyyatı üçün nəzərdə tutulan keçid hazırdır.

Genişləndirilən digər ərazidə səki daşları düzülərək köhnə asfalt-beton örtüyünün qaşınması işləri başa çatdırılıb. Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti