“Qarabağ konfransı keçirmək istəyirik” - Belarus XİN
Bundan əlavə, nazir Minsk qrup həmsədrlərini və ATƏT sədrinin şəxsi nümayəndəsini qəbul etdyinə görə, şad olduğunu xüsusi vurğulayıb. Belarus naziri onların Minsk səfərini tarixi adlandırıb.
“Belarus ATƏT-in regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönələn, həmçinin Dağlıq Qarabağ da daxil olmaqla mövcud və dondurulmuş münaqişələrin dinc yolla həll olunmasına hesablanan səylərini dəstəkləyir. Biz Ukrayna böhranında olduğu kimi Dağlıq Qarabağ münaqişəsinə də öz töhfəmizi verməyə hazırıq”, – deyə Makey bəyan dib.
Eldar Tanrıverdiyev
AzVision.az