Rusiya Ermənistana satdığı qazı ucuzlaşdırdı

Rusiya Ermənistana satdığı qazı ucuzlaşdırdı
  13 Mart 2015    Oxunub:1577
Ermənistan hökuməti ölkəyə tədarük edilən qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiyanın “Qazprom” şirkətinin rəhbərliyi ilə razılığa gəlib.
AzVision.az-ın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, satılan qazın qiyməti 189 dollardan 165 dollara qədər aşağı salınıb.

“Bu yerli əhaliyə satılan qaz tariflərinin artırmamağa imkan verəcək. Lakin Ermənistanda elektrik enerjisinin qiymətinin artımı ilə bağlı məsələ aktual olaraq qalır. Qiymət artımını labüd edən səbəb isə Ermənistan dramının dollara nisbətən dəyərdən düşməsidir”, - deyə “Jamanak” qəzeti xəbər yayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti