Ərdoğanı şübhəyə salan ölüm

Ərdoğanı şübhəyə salan ölüm
  13 Mart 2015    Oxunub:1398
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün evində ölü tapılan müğənni Erol Büyükburcun ölümünün araşdırılması barədə göstəriş verib.

AzVision.az-ın verdiyi məlumata görə, Ərdoğan müğənninin konsert proqramından bir gün əvvəl ölməsinin düşündürücü olduğunu bildirib.

“Pop musiqimizin dəyərli sənətçisi Erol Büyükburcun evində ölü tapılması xəbəri bizi üzdü. Ona rəhmət, yaxınlarına isə səbr diləyirik. Xüsusilə də bu gün verəcəyi konsert ərəfəsində onun dünyasını dəyişməsi düşündürücüdür. Hələ ki, təhlükəsizlik qüvvələrindən nə baş vediyi ilə bağlı dəqiq məlumat almamışıq. Bu, məhkəmə tibbi ekspertizanın işidir və ondan sonra nəticələr barədə məlumat veriləcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti