ABŞ Rusiyanı sərt cəzalandırdı
Sanksiyalara Rusiya Milli Kommersiya Bankı və Avrasiya Gənclər İttifaqı, habelə rusiyalı politoloq Aleksandr Dugin məruz qalıblar. Bundan başqa, “qara siyahı”ya Ukraynanın sabiq baş naziri Nikolay Azarov, Ukrayna Baş nazirinin keçmiş birinci müavini Sergey Arbuzov və sabiq səhiyyə naziri Raisa Boqatıreva düşüblər.
Siyahıda həmçinin Şərqi Ukraynadakı separatçı qurumların liderləri yer alıblar.
Sanksiyaların genişləndirilməsinin səbəbi Ukraynada yaranmış vəziyyətdir. “Qara siyahı”ya düşmüş şəxslərin ABŞ ərazisinə girişi qadağan edilir, onların aktivləri dondurulur.
AzVision.az
Teqlər: