İŞİD qorxusu Ollandı hərəkətə gətirdi
Fransa prezidenti Fransua Olland ölkə əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər görülməsi və hərbi qüvvələrin səfərbərliyə alınması barədə müdafiə naziri Jan-İv Le Driana göstəriş verib.
Müdafiə naziri ictimai asayişi qoruyan qüvvələrə kömək məqsədilə əlavə 10 min hərbçinin səfərbər edilməsini qərara alıb. Hərbçilər ölkəyə turist axınının artdığı yay mövsümünün sonunadək qanun keşikçiləri ilə birlikdə əhalinin daha sıx olduğu yerlərdə, mühüm dövlət əhəmiyyətli obyektlərdə təhlükəsizliyi təmin edəcəklər.
Teqlər: