Azərbaycanlı iş adamı öldürüldü
Martın 11-də axşam saatlarında R. Şirinovun separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətində olan Krasnıy Luç şəhərinin mərkəzindəki evinə 4 maskalı şəxs hücum edib. Maskalılar iş adamının və onun həyat yoldaşının əl-qolunu bağlayıblar. Hadisə zamanı R. Şirinovun 1 yaşlı oğlu da evdə olub. Quldurlar mənzildən 40 min dollara yaxın pulu götürərək iş adamını da özləri ilə aparıblar.
Səhəri gün şəhər kənarında R. Şirinovun meyiti tapılıb. O, başından aldığı güllə yarası nəticəsində ölüb.
Qondarma respublikanın “milisi” hadisəni törədənlərin axtarışına başlayıb və iş adamının yaxınlarına cinayətkarların tapılacağına dair söz verib. Rövşən Şirinovun cənazəsi dəfn olunmaq üçün martn 13-də Azərbaycana gətiriləcək.
Teqlər: