ABŞ Kəlbəcər girovlarının dəyişdirilməsini istəyir
AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni KİV-nin Azərbaycan hərbçiləri tərəfindən həbs olunan kəşfiyyatçı Arsen Baqdasaryan haqda sorğusuna cavab olaraq bildirib.
Uorlik Azərbaycan və Ermənistan tərəfinin əsir və girov düşən şəxsləri dəyişdirmək praktikasının olduğunu diqqətə çatdırıb:
“Əvvəllər tərəflər həbs olunan əsir və girovların geri qaytarılması yollarını tapırdılar. Ümid edirəm, bu humanitar praktika davam edəcək”.
Qeyd edək ki, bundan öncə də Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsirlərlə dəyişdirilməsi təklif olunmuşdu.
Eldar Tanrıverdiyev