Obama İrana qarşı sanksiyaları uzatdı

Obama İrana qarşı sanksiyaları uzatdı
  12 Mart 2015    Oxunub:1430
ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq edilən sanksiyaları daha bir il müddətinə uzadıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Ağ Ev rəsmi olaraq məlumat yayıb.

İrana qarşı 1995-ci ildən bəri tətbiq olunan sanksiyaların müddəti bu ilin mart ayında bitməli idi.

“İran rəhbərliyinin müəyyən addımları və siyasi qərarları ABŞ regiondakı maraqlarına ziddir və ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına ciddi təhlükə törətməkdə davam edir”, - deyə Obama Konqressə göndərdiyi məktubda bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti