Putin xəstələndi, prezidentlərin görüşü təxirə salındı
Bu məlumatı Rusiya liderinin mətbuat katibi Dmitriy Peskovda təsdiqləyib.
“Həqiqətən də, hər üç ölkə lideri Astanada nəzərdə tutulan görüşün bir neçə gün sonraya təxirə salınmasına dair razılığa gəliblər”, - deyə Peskov vurğulayıb.
Qazaxıstan hökumətindən olan mənbə “Reuters” agentliyinə açıqlamasında isə görüşün Rusiya lideri Vladimir Putinin xəstələnməsi ilə bağlı olaraq təxirə salındığını bildirib. Agentlik Dmitri Peskovla əlaqə yarada bilməyib. Belarus prezidentinin mətbuat xidməti məsələni şərh etməkdən imtina edib.
Qeyd edək ki, hər üç ölkə liderinin martın 13-də görüşməyi planlaşdırılırdı.
Eldar Tanrıverdiyev
AzVision.az