`Gəlin, bu vəhşiliyə son qoyaq` - Dünyaya çağırış

`Gəlin, bu vəhşiliyə son qoyaq` - Dünyaya çağırış
  11 Mart 2015    Oxunub:1922
BMT-nin baş katibi Pan Gi Mun dünyanı terrora qarşı birləşməyə, terrorçu qruplara qarşı sərt mübarizə aparmağa çağırıb.
"İslam Dövləti"nin (İŞİD) məhv etdiyi mədəni və tarixi siyahısını açıqlayan baş katib "bu vəhşiliyə nəhayət ki, son qoymağın vacib olduğunu" bəyan edib.

Pan Gi Mun mədəni-tarixi abidələrin məhv edilməsini hərbi cinayət adlandırıb. BMT baş katibi "bunu edənlərin hərbi məhkəmə önündə cavab verməli” olduğunu da söyləyib.

Son vaxtlar İŞİD terror qruplaşması min illərlə tarixi olan qədim tarixi abidələri məhv etməklə məşğuldur. İraqın qədim Dur-Şarrukin şəhəri, bundan az əvvəl isə böyük tarixə malik Nimrud şəhəri adını "islamçı" qoyan vəhşilər tərəfindən yer üzündən silinib.


Teqlər:





Xəbər lenti