ABŞ polisi qaradərili vətəndaşı güllələdi

ABŞ polisi qaradərili vətəndaşı güllələdi
  07 Mart 2015    Oxunub:1757
ABŞ polisi Viskonsin ştatının Medison şəhərində 19 yaşlı qaradərili yeniyetməni güllələyib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər arasında əvvəlcə qarşıdurma yaşanıb.

İnsident ötən gün gecə saatlarında baş verib. Bina sakinləri evlərdən birində şübhəli səsin gəlməsi ilə əlaqədar polisə müraciət edib. Polislər həmin binaya baxış keçən zaman qaradərili yeniyetməni aşkarlayıb. Bu zaman Qaradərili yeniyetmə polislərə hücum edib və tərəflər arasında dava baş verib.

Bundan sonra polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb.

ABŞ polisi qətlə yetirilən şəxsin adını açıqlamır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti