İŞİD 11 komandiri edam etdi

İŞİD 11 komandiri edam etdi
  06 Mart 2015    Oxunub:1249
İŞİD terror qruplaşmasının silahlıları ötən gün İraq ordusunun Tikrit şəhərinə hücumu zamanı mövqelərini qoyub qaçan 11 səhra komandirini “satqın” elan edərək edam edib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fars agentliyi məlumat yayıb.

Qeyd edək ki, İraq ordusunun İŞİD-in nəzarətində olan Tikrit şəhərinə hücumu zamanı onlarla terrorçu mövqelərini qoyaraq şəhəri tərk edib. Məlumata görə, şəhərin şərq və cənub hissələri artıq hərbçilərin nəzarətinə keçib. Ordu hissələri, həmçinin, terrorçuların nəzarətində olan Mosul və Kərkük şəhərlərinə gedən magistral yolu nəzarətə alıb.

Martın 2-də başlanan irimiqyaslı hücum İraq Silahlı Qüvvələri və könüllülərdən ibarət silahlı dəstələrin birgə ən böyük əməliyyatıdır. Əməliyyatda, ümumilikdə, 30 min nəfər iştirak edir.


Teqlər:  





Xəbər lenti