Rusların 86 faizi Putini dəstəkləyir

Rusların 86 faizi Putini dəstəkləyir
  26 Fevral 2015    Oxunub:1449
“Levada çentr” araşdırmalar mərkəzinin sorğusuna əsasən rusların 86 faizi ölkə prezidenti Vladimir Putinin fəaliyyətini dəstəkləyir.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Rəyi soruşulanların yalnız 13% faizi Putinin yürütdüyü siyasətdən narazıdır.

Bundan əlavə, sorğuya əsasən rusların 64%-i baş nazir Dmitri Medvedyevin fəaliyyətindən razıdır.

Bundan əlavə respondentlər onların etibarını qazanan siyasətçilərin adlarını da açıqlayıb: Vladimir Putin (59%), Rusiya müdafiə naziri (24%), Rusiya XİN rəhbəri Sergey Lavrov (20%), Dmitri Medvedyev (19%) və Kommunist Partiyasının lideri (11%).

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti