Hadi Rəcəbli: “İranda qadına belə münasibət bizi incidir”

Hadi Rəcəbli: “İranda qadına belə münasibət bizi incidir”
  14 May 2013    Oxunub:1239
“Xalidə Xalid bu gün İranda tək qalıb”
“Xalidə Xalid bu gün İranda tək qalıb. Onun orada heç vəkili də yoxdur. İndi bunu necə əsaslandıraq? Bu hadisəyə nə deyək?”.

Bu sözləri AzVison.az–a Milli Məclisin sosial siyasət komitəsinin sədri, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hadi Rəcəbli İranda həbs olunan azərbaycanlı yazar Xalidə Xalidin həbs olunmasına münasibət bildirərkən deyib. Bundan əvvəl də azərbaycanlı yazarların İranda belə bir hal ilə qarşılaşdıqlarını deyən deputat məsələyə İran tərəfinin tezliklə aydınlıq gətirməli olduğunu bildirib.

“Məsələ ilə bağlı konkret səfirliyimiz məşğuldur. Qadına münasibət İslamda həmişə ali olubdur. Qadının İran kimi qardaş dövlətdə bunda ə tutulması xoşa gəLən hal deyil. Azərbaycan həmişə İrana xoş münasibətdə olan, onu istəyən dövlətdir. Ona görə də mən düşünürəm ki, burada hardasa uyğunsuzluqlar var və zamanında həllini tapacaq. Bundan əvvəl də belə bir hadisə şair və yazıçılarımızın başına gəlib və onları da buraxıblar. Mən düşünürəm ki, bütün hallarda İran ictimaiyyəti, İran inzibati orqanları da bir şey fikirləşməlidirlər. Bizim milli-mənəvi dəyərlərimizdə yaxınlıq, doğmalıq var. Bir mənəvi dəyərlərə xidmət edirik. Belə olan halda qadına belə bir münasibətin olması bizi incidir. Bizim orada konsulluq, xidmətlər var, onların hamısı rəsmi qaydada müraciət edəcəklər. Orada bir şey demədən adamı tutub aparıb salırlar içəri, qurtardı getdi. Bu günləri kimə nə istəyirsən damğa vurmaq olar. Bu qadın orada tək qalıb, vəkili yoxdur orada. İndi bunu necə əsaslandıraq , nə deyək buna”- deyə deputat qeyd edib.

Şahanə RƏHİMLİ




Teqlər:  





Xəbər lenti