“Elnuru əlimin içi kimi tanıyıram” – Müsahibə

“Elnuru əlimin içi kimi tanıyıram” – Müsahibə
  21 Yanvar 2015    Oxunub:10239
“Əgər Bakıda hər şey Elnurun istədiyi kimi olsaydı, yəqin ki, o müsabiqəyə çıxmazdı”
“Eurovision”dakı təmsilçimiz Samir Cavadzadə AzVision.az-a müsahibəsində Elnurla münasibətlərinə, onun Türkiyədə qazandığı uğurlara münasibət bildirib:

- Hazırda nə işlə məşğul olursunuz? Yaradıcılığınızda hansı yeniliklər var?

- Yeni mahnılar üzərində işləyirik. Nailə Mirməmmədlidən, Rüstəm Zeynalovdan. İnşallah klip və duet olacaq. Amma duetin kimlə olacağını deməyəcəm. (gülür)

- Deyəsən, 2015-ci ildə işləriniz çoxdur...

- Bəli. Ola bilsin ki, bir müddət Bakıda olmadım. Amma hələ ki, Bakıdayam.

- “Eurovision”dakı duet ortağınız Elnurun “O səs Türkiyə”dəki ifası böyük əsk-səda yaratdı. Demək olar ki, hamı ondan danışır. Elnurun Türkiyəyə getməsini qınayanlarda oldu. Sizcə, Elnur Türkiyəyə getməklə doğru addım atdı?

- Mən bir aydan əvvəldən bilirdim ki, Elnur orada çıxış edəcək. Bu qədər səs-səda doğuracağını gözləyirdim. Belə də olmalı idi. Müsabiqədə 4 münsifin belə heyranlıqla dönməsini normal qarşıladım, çünki Elnura bələdəm. Onun sənətini əlimin içi kimi tanıyıram.

- Amma Elnurun “O səs Türkiyə”dəki çıxışını birmənalı qarşılamayanlar da oldu. Belə fikir səsləndi ki, Elnur da “Eurovision” iştirakçısı olub, münsif Hadisə də...

- Əgər Bakıda hər şey Elnurun istədiyi kimi olsaydı, yəqin ki, o müsabiqəyə çıxmazdı. İnsan öz səsini daha da tanıtmaq istəyini normal qəbul edirəm. Elnuru təbrik edirəm, uğurlar arzulayıram.

- Əvvəllər şou-biznesdə çox gözə dəyirdiz. Natəvan, Röya kimi müğənnilərlə yaxın dostluq münasibətləriniz var idi. Indi nədənsə kənara çəkilmisiniz.

- Xeyr, qətiyyən heç kimdən küsməmişəm. Həmişə belə olmuşam, efirə az-az çıxıram.

- Bir vaxtlar Röya xanımla küsülü idiniz. Barışdınızmı?

- Röya ilə çoxdan barışmışam. Hər şey yaxşıdır. Ümumiyyətlə köhnə ildə küsülü olduğum heç kim qalmayıb.

Nuran Məmmədov


Teqlər:  





Xəbər lenti