Boğazı kəsilən polisdən xəbər var
Onun sözlərinə görə, xəstəxanaya daxil olarkən Anar Xəlilova ilkin tibbi yardım göstərilib və hazırda o xəstəxanada müalicə alır.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Anar Xəlilov xidmətdə olarkən Balakən rayonu istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və V. Əhmədov A. Xəlilova xəsarət yetirib. Sürücü yol polisinin boğazını kəsib.
Sevinc İltifatqızı
AzVision.az