Bakıda 5 otaqlı ev yandı

Bakıda 5 otaqlı ev yandı
  17 Noyabr 2014    Oxunub:1107
Bakıda yanğın olub.
Fövqəladə Halar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub.

Yanğın saat 22:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti