Şirniyyat oğruları həbs edildi

Şirniyyat oğruları həbs edildi
  15 Noyabr 2014    Oxunub:1329
Bakıda narkotika dövriyyəsilə məşğul olan şəbəkə həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, əməliyyat Narkotiklə qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilinən qrup, Bakı şəhər sakinləri – 1989-cü il təvəllüdlü Ruslan Babayev, Zaur Kazımov, Nazim Babayev yaxalanaraq istintaqa təhvil verilib.

İlkin əməliyyat istintaq araşdırmaları ilə müəyyən olunub ki, şübhəli şəxslər mağazalardan taladığı qiymətli spirtli içkiləri və şirniyyatları paytaxt ərazisində dəyər-dəyməzinə satıblar. Onlar əldə olunan gəliri bərabər bölüblər.

Z.Kazımov, N.Babayev bu vəsaiti narkotiklərə, R.Babayev öz şəxsi ehtiyaclarına xərcləyərək vətəndaşlara külli miqdarda maddi ziyan vurublar.

Şübhəli şəxslər ətrafında əməliyyat-istintaq tədbirləri davam etdilir.


Teqlər:





Xəbər lenti