Bakıda ev yandı, xəsarət alan var

Bakıda ev yandı, xəsarət alan var
  13 Noyabr 2014    Oxunub:1074
Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı ev sahibi yanıq xəsarəti ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti