Sabah hava isti olacaq

Sabah hava isti olacaq
  12 Noyabr 2014    Oxunub:1367
Noyabrın 13-ü Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava üstünlük təşkil edəcək, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, gün ərzində mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 6-10, gündüz 14-18 dərəcə olacaq.

Rayonlarda da noyabrın 13-ü hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında temperatur gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti