Azərbaycanda müəllimənin evindən 100 min oğurlandı

Azərbaycanda müəllimənin evindən 100 min oğurlandı
  06 Noyabr 2014    Oxunub:2278
Gəncə şəhərində müəllimənin evini yarıblar.
AzVision.az xəbər verir ki, Kəpəz rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Avtozavod qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 1978-ci il təvəllüdlü Raminə İsmayılova polisə şikayət edibki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı vaxt evi qarət olunub. Evdən 8 min manat dəyərində qızıl zinət əşyaları və 100 min manat pulu oğurlanıb.

Şikayət daxil olan kimi xüsusi əməliyyat-axtarış qrupu yaradılıb.

Qeyd edək ki, Raminə İsmayılova Gəncə Musiqi Kollecinin müəlliməsidir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti