Bir gündə 57 cinayət, 28 həbs

Bir gündə 57 cinayət, 28 həbs
  06 Noyabr 2014    Oxunub:1034
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 57 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.

Daxili işlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti